26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliyi olan şəxslərin işlə təmin olunması dövlətin diqqət mərkəzindədir

Əlilliyi olan şəxslərin işlə təmin olunması dövlətin diqqət mərkəzindədir

"Əhalinin həssas qrupları ilə iş aparmaq çox vacibdir. Həssas qruplar dedikdə gənclər, qadınlar, əlilliyi olan şəxslər və s. nəzərdə tutulur. 620 minə yaxın əlilliyi olan şəxs olsa da, onların yalnız 10 faizi real olaraq məşğuldur". Bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı Beynəlxalq Əmək Təşkilatı (BƏT) layihəsinin nəticələrinə həsr olunmuş konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov bildirib. Onun sözlərinə görə, 620 min əlilliyi olan şəxsin 350 mini əmək qabiliyyətidir: "Onların da təqribən 60 mini əmək fəaliyyəti ilə məşğuldur".

Şöbə müdiri özünəməşğulluq proqramı ilə bağlı da məlumat verərək bildirib ki, hazırda 40 minə qədər vətəndaş özünəməşğulluq layihələrində iştirak etmək üçün növbədədir: "Prezidentin tapşırığına uyğun olaraq, gələn il bu proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu layihənin genişləndirilməsi üçün Dünya Bankının krediti cəlb edilir".

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?