1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Oktyabrın 1-dən sosial müavinət alanların sayı 400 min nəfərə yaxınlaşır

Oktyabrın 1-dən sosial müavinət alanların sayı 400 min nəfərə yaxınlaşır

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım sürətinə uyğun olaraq bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən 160 manat, oktyabrın 1-dən isə 200 manat müəyyən edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il oktyabrın 1-dən 392,7 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 76,2 min nəfər, əlilliyə görə 177,5 min nəfər, ailə başçısını itirməyə görə 44,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,3 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?