15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət siyasətinin başlıca hədəfi – vətəndaşların sosial rifahi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Mənzillərin açarlarının təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı xüsusi yer tutur.

2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib.

Nazir müavini bildirib ki, 2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə onlardan artıq 427 avtomobil müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 6.400-dək minik avtomobili verilib.

Tədbirdə qeyd edilib ki, sosial sahədə inqilabi addımlar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub.

Mənzillərlə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə böyük qayğısının daha bir təzahürü kimi, müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərin onlara təqdim edilməsindən sevinc hissi keçirdiklərini vurğulayıblar. Onlar həmişə özlərini dövlətin qayğısı əhatəsində hiss etdiklərini və bu qayğının ildən-ilə artdığını bildirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?