26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliyi olan şəxslərin biznes qurmasına dəstək proqramı üzrə növbəti təlimlər keçiriləcək

Əlilliyi olan şəxslərin biznes qurmasına dəstək proqramı üzrə növbəti təlimlər keçiriləcək

Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində yaxın günlərdə növbəti təlimlərə başlanacaq. Bu dəfə təlimlərə 7 rayon üzrə 400 nəfər əlilliyi olan şəxsin cəlb edilməsi nəzərdə tutulub. Təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" adlı birgə layihəsi çərçivəsində təşkil olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bundan əvvəl Binəqədi, Sabunçu, Abşeron, Zaqatala rayonları və Sumqayıt şəhəri üzrə 242 nəfər əlilliyi olan şəxs təlimləri uğurla başa vurub və onlara sertifikatlar verilib. Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilib.

Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?