1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikro və kiçik sahibkarlığa daha bir dəstək

Mikro və kiçik sahibkarlığa daha bir dəstək

Mikro və kiçik sahibkarlıq subyektlərinin əl işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilən "Bazarını yarat" adlı sərgi-satış yarmarkasında nümayiş olunub. KOBİA-dan bildirilib ki, Nizami Kino Mərkəzində təşkil olunmuş yarmarkanın keçirilməsində məqsəd özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını qurmuş şəxslər və aztəminatlı ailələr tərəfindən hazırlanmış məhsulların satışına dəstək göstərməkdir. Özünüməşğulluq proqramına qoşulmuş şəxslərlə yanaşı, KOBİA-nın dəstəyi ilə sərgi-satış yarmarkasında iştirak edən mikro və kiçik sahibkarlar, eləcə də "Damla" Aztəminatlı Ailələrə Qayğı İctimai Birliyi tərəfindən ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər və araxçınlar, müxtəlif rəsmlər və sair təqdim olunub. "Bazarını yarat" yarmarkasının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA mütəmadi olaraq özünüməşğulluq proqramı barədə vətəndaşları məlumatlandırır, onların proqrama qoşulması üçün Dövlət Məşğulluq Xidməti ilə əlaqələndirilməsinə dəstək göstərir. Eyni zamanda, KOBİA özünüməşğulluq proqramına qoşulmuş şəxslər üçün sahibkarlıq fəaliyyətinə dair təlimlərin keçirilməsində, onlara informasiya və məsləhət xidmətlərinin göstərilməsində yaxından iştirak edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?