1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Artıq əhalinin 80 faizi pensiya təyinatı haqda məlumatı SMS və ya e-mail vasitəsilə alır

Artıq əhalinin 80 faizi pensiya təyinatı haqda məlumatı SMS və ya e-mail vasitəsilə alır

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı son 2 ildə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb. Onun sözlərinə görə, son illərdə parlament bu sahədə bir sıra sənədlər qəbul edib: "Ölkədə ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb. Pensiya təyinatının elektronlaşdırılması çox vacib rol oynayıb. Əhalinin 80 faizi evdə olarkən ona təyin olunan pensiyanı SMS və ya e-mail vasitəsilə alır. Son illərdə sosial sahədə verilən sərəncam və fərmanlar nəticəsində 4,2 milyon əhali 40 faizdən 100 faizə qədər maliyyə dəstəyi qazanıb".

H.Rəcəbli eyni zamanda qeyd edib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajına dair dövlətlərarası konvensiya var: "Ancaq bu konvensiya Rusiya tərəfindən ratifikasiya olunmayıb. Həmin ölkələrdə əmək stajı staj kimi qəbul olunmur. İnsanların orada uzun müddət işləməsi və əməkhaqqı alması sonda onun pensiyasına təsir etmir. Düşünürəm ki, dövlətlərarası konvensiyanı nəzərə alaraq bu məsələdə qarşılıqlı addımlar atmalıyıq. Rusiyada çoxlu sayda azərbaycanlılar işləyir, onlar Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməlidirlər. Ona görə bu məsələlər üzərində iş aparılmalıdır".

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?