29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşәgötürәn işçinin natamam iş vaxtı ilә bağlı әrizәsinə imtina verә bilәr?

İşәgötürәn işçinin natamam iş vaxtı ilә bağlı әrizәsinə imtina verә bilәr?

Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

Bu o deməkdir ki, işəgötürən əsaslandırmaqla işçinin natamam iş həftəsi ilə bağlı ərizəsinə rədd cavabı da verə bilər.

Bəs işəgötürən Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü hissəsindəki xususiyyətlərə malik işçiyə (işçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud əlilliyi olan uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir) minimum hansı müddətdə natamam iş vaxtı təyin edə bilər? Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü hissəsinin imperativ norma olduğunu nəzərə alsaq, işəgötürən işçiyə mütləq natamam iş vaxtı təyin etməlidir. Amma natamam iş vaxtının minimum həddi ilə bağlı hər hansı müddət müəyyən edilməyib. Məcəllənin 94-cü maddəsinin 2-ci hissəsində qeyd edilir ki, natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Maddədən də göründüyü kimi, işçi müəyyən dövr üçün natamam iş vaxtı ilə bağlı müraciət edə bilər.

Misal. 10 və 8 yaşlarında iki övladı olan işçi müraciət edir ki, məktəblilərin yay tətili dövründə - 3 ay müddətində gündə 6 saat olmaqla natamam iş vaxtına keçmək istəyir. İşəgötürən işçinin həmin müddətdə natamam iş vaxtı ilə işləməsinə razılıq verərsə, 3 aylıq müddət üçün natamam iş vaxtı təyin edə bilər.

Bütün hallarda natamam iş vaxtının müddəti və qüvvədə olma müddəti işəgötürən və işçi arasında razılaşma əsasında olmalıdır. Kollektiv müqavilə tətbiq edilən müəssisələrdə işəgötürən və işçi arasında natamam iş vaxtının müddəti ilə bağlı mübahisə yaranarsa, işə həmkarlar ittifaqı qarışır və araşdırma aparır. Həmkarlar ittifaqı sosial vəziyyətini nəzərə alaraq işçiyə natamam iş vaxtı müddətinin təyin olunması üçün işəgötürəndən xahiş edə bilər.

Mənbə: mks.az

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?