23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?

İşçinin Bakıdan Sumqayıta səfər etməsi ezamiyyə hesab edilir?

Təcrübədə tez-tez rast gəlinən suallardan biri də işçinin ezamiyyətə göndərilməsi zamanı məsafənin müəyyənləşdirilməsidir. Misal üçün, işəgötürən işçini Bakı şəhərindən Sumqayıt şəhərinə ezamiyyətə göndərə bilərmi? Qaydalarda ezamiyyətlə bağlı məsafə kilometrlə qeyd edilməsə də, işəgötürənlər üçün qeyd edilən suala aydınlıq gətirilməsi üçün maddə var.

Qaydaların “Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin 3-cü hissəsinin ikinci hissəsinə əsasən, işçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.

Maddədən də göründüyü kimi, ezamiyyə zamanı məsafənin uzaqlığının müəyyən edilməsi ezam olunan işçinin işlədiyi təşkilatın rəhbərinin səlahiyyətinə buraxılıb. İşəgötürən hesab edirsə ki, işçinin tapşırığı həyata keçirməsi üçün Sumqayıt şəhərində gecələməsinə ehtiyac var, o zaman həmin səfəri ezamiyyət kimi rəsmiləşdirə bilər.

Misal. Bakı şəhərində yerləşən işəgötürən qərar verir ki, Sumqayıt şəhərində keçiriləcək sərgidə iştirak etmək üçün işçilər 3 günlük ezam olunsun. İşəgötürən hesab edir ki, 2 gün hər gün saat 9:00-dan 18:00-ə kimi keçiriləcək tədbirdə iştirak etmək üçün işçilərin hər gün Bakı şəhərinə gəlib-getməsi işçilərin istirahət rejiminin pozulmasına səbəb olacaq. O səbəbdən də, işəgötürən həmin işçilərin Sumqayıtda 2 gün qalmasına qərar verir.

Mənbə: mks.az

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?