23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək müqaviləsi ilə işçi əmək və gələcək pensiya hüquqlarına sahib olur

Əmək müqaviləsi ilə işçi əmək və gələcək pensiya hüquqlarına sahib olur

Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.

İşçi əmək müqaviləsi ilə çalışdıqda:

  • qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq,

  • sosial sığorta sistemində iştirak edərək gələcək pensiya hüququna malik olmaq

  • sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq,

  • ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə etmək,

  • iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq,

  • icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq və s. hüquqlara sahib olur.

Əmək müqaviləsi ilə işləməyən işçi isə qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olur. Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən e-qaydada imzalandıqda hüquqi qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Bununla bağlı edilən müraciətdə insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayə olduğu bildirilir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?