23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qısaldılmış iş vaxtı kimlər üçündür və müddəti nə qədər olmalıdır?

Qısaldılmış iş vaxtı kimlər üçündür və müddəti nə qədər olmalıdır?

Əmək qanunvericiliyinə əsasən, iş yerlərində işçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və s. hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Belə ki, 16 yaşınadək işçilər üçün həftə ərzində 24 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir.

Aşağıdakı kateqoriyalara aid işçilər üçün isə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir:

- 16 yaşdan 18 yaşadək işçilər,

- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (I və II dərəcə) əlilliyi müəyyən edilmiş işçilər,

- hamilə və yaşyarımadək uşağı olan qadınlar

- 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər,

- fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli işlərdə, peşə və vəzifələrdə işləyənlər,

- insanın səhhətinə mənfi təsir göstərən (yüksək həssaslıq, həyəcan, zehni, fiziki, əsəb gərginliyi və s.) amillər olan əmək şəraitli iş yerlərində işləyənlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?