25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-iyul aylarında pensiyalara 4,5 milyard manatdan çox vəsait yönəldilib

Yanvar-iyul aylarında pensiyalara 4,5 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-iyul aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4,568 milyard manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.

Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?