25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

Pensiya və sosial ödəniş alan vətəndaşların xüsusi endirim barkodundan daha rahat yararlanmaları məqsədilə DOST mərkəzlərində onlara dəstək göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bəzi vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməkdə çətinlik çəkməsini nəzərə alaraq, DOST könüllüləri pensiya və sosial ödəniş alan şəxslərə tətbiqin quraşdırılması, qeydiyyatın tamamlanması və endirim barkodunun aktivləşdirilməsi prosesində kömək edirlər.

Qeyd edək ki, “mygov” tətbiqində təqdim olunan xüsusi endirim barkodu vasitəsilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, qazilər, müharibə veteranları və şəhid ailə üzvləri ölkə üzrə müxtəlif tərəfdaş marketlər, apteklər və klinikalarda endirimlərdən yararlana bilirlər.

Layihənin əsas məqsədi sosial ödəniş alan vətəndaşların bu imkandan daha geniş şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Məhz bu səbəbdən DOST mərkəzlərində göstərilən dəstək xidmətləri vətəndaşların endirim barkodunu əldə etməsinə və ondan istifadəyə yönəlib.

Sosial ödəniş alan vətəndaşlar onlara ən yaxın DOST mərkəzinə müraciət edərək “mygov” tətbiqində qeydiyyatdan keçə, endirim barkodunu aktivləşdirə və tərəfdaş müəssisələrdə təqdim olunan güzəştlərdən faydalana bilərlər. Qeydiyyat üçün vətəndaşın mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etməsi kifayətdir.

Ətraflı məlumat üçün 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?