29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək qanunvericiliyindəki dəyişikliklərlə bağlı yeni kitab nəşr olunub

Vətəndaşların əmək hüquqlarının detallı izahına həsr olunan yeni kitab işıq üzü görüb. “Əmək Məcəlləsi 2026 (1 fevral 2026-cı il tarixinə son dəyişikliklərin izahı ilə)” adlı bu nəşr “MKS Academy”nin ekspertləri tərəfindən Əmək Məcəlləsində edilmiş son dəyişikliklər nəzərə alınmaqla hazırlanıb. Kitab geniş izah və praktiki misallarla zənginləşdirilmiş elmi-praktik vəsaitdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 16 yanvar 2026-cı il tarixdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Qəbul edilmiş dəyişikliklər Əmək Məcəlləsinin bir sıra maddələrini əhatə etməklə qanunvericiliyin təkmilləşdirilməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının tələblərinin nəzərə alınmasına və əmək münasibətlərinin müasir iqtisadi reallıqlara uyğunlaşdırılmasına xidmət edir.

Nəşrdə Əmək Məcəlləsində edilən dəyişikliklər geniş və praktik izah olunub, tətbiq zamanı yarana biləcək suallar 100-ə yaxın misal üzərindən cavablandırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli Qərarı – əmək müqaviləsinə xitam verilməsi zamanı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması ilə bağlı hüquqi mövqe ətraflı şəkildə şərh edilib.

Eyni zamanda, kitabda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2026-cı il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilən “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” barədə geniş izah verilib. Yeni qaydanın tətbiqi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa görə müavinətlərin hesablanmasında tətbiq edilən mexanizmlərdə mühüm dəyişikliklər baş verib və bu dəyişikliklər sistemli şəkildə təhlil edilib.

Kitaba 2 fevral 2026-cı il tarixinədək edilmiş son düzəliş və əlavələr nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mətni daxil edilib. İnsan resusrsları sahəsində çalışan mütəxəssislərin, mühasiblərin işini asanlaşdırmaq məqsədilə müvafiq maddələr üzrə aidiyyəti icra hakimiyyəti orqanlarının açılışları da əlavə edilib.

Ümumilikdə, bu nəşr insan resursları üzrə mütəxəssislər, mühasiblər, hüquqşünaslar və əmək qanunvericiliyinin tətbiqi ilə məşğul olan digər mütəxəssislər üçün praktik və faydalı vəsait olacaq.
Kitabı sifariş etmək üçün (050) 368 12 72 nömrəli telefon (WhatsApp aktivdir) və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?