29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Konstitutsiya Məhkəməsinin Qərarı əmək müqaviləsinə xitam zamanı necə nəzərə alınmalıdır? - MİSALLAR

Konstitutsiya Məhkəməsinin Qərarı əmək müqaviləsinə xitam zamanı necə nəzərə alınmalıdır? - MİSALLAR

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinin I və II hissələrinə, 71-ci maddəsinin I, II, V və VI hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş edib.

Konstitusiya Məhkəməsinin Plenumu Ombudsmanın sorğusunu, məhkəmə və digər müvafiq qurumların mütəxəssislərinin mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək Qərar qəbul edib. Qərar dərc edildiyi gündən -18 fevral 2026-cı il tarixdən qüvvəyə minib.

Bəs Konstitutsiya Məhkəməsinin Qərarının tələbləri əmək müqaviləsinə xitam zamanı necə nəzərə alınmalıdır?

mks.az işəgötürən tərəfindən əmək müqaviləsinə xitam zamanı prosesləri misallarla izah edib.

Misal 1. İşəgötürən mütəxəssis vəzifəsində çalışan və 14 il əmək stajı olan işçinin əmək müqaviləsinə 10 fevral 2026-cı il tarixində xitam verib. Bu zaman işəgötürən yalnız əsas məzuniyyət üzrə kompensasiya ödəməlidir. İşçinin 14 illik əmək stajına görə müəyyənləşən 4 günlük əlavə məzuniyyət kompensasiya zamanı nəzərə alınmayacaq. Çünki işçinin əmək müqaviləsinə Konstitutsiya Məhkəməsinin 18 fevral 2026-cı il tarixli qərarından öncə xitam verilib.

Misal 2. İşçi 1 may 2025-ci il tarixində rəhbər vəzifəyə işə qəbul olunub. İşçinin əmək stajına görə 6 gün əlavə məzuniyyəti mövcuddur. İşçi iş ili ərzində əsas məzuniyyətinin 10 günündən istifadə edib.

İşçinin əmək müqaviləsinə 28 fevral 2026-cı il tarixdə xitam verildiyi zaman kompensasiya hesablanması zamanı ilk olaraq aşağıdakı kimi tənasüb qururuq:

12 ay – 36 gün
10 ay – X gün
X gün = (36 gün × 10 ay) / 12 ay = 30 gün

İşçi iş ilində 10 gün məzuniyyətdən istifadə etdiyi üçün işəgötürən kompensasiya hesablanarkən 20 gün nəzərə almalıdır:

20 gün = 30 gün (kompensasiya zamanı hesablanan günlərin sayı) – 10 gün (istifadə etdiyi məzuniyyət günlərinin sayı).

Mənbə: mks.az

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?