25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2025-ci ildə aqrar sığorta üzrə 9,2 milyon manat ödəniş edilib

2025-ci ildə aqrar sığorta üzrə 9,2 milyon manat ödəniş edilib

2025-ci ilin nəticələrinə əsasən, Aqrar Sığorta Fondu tərəfindən ölkənin 54 rayonunda ümumilikdə 9,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Fondun məlumatına görə, ötən il bitkiçilik məhsulları ilə bağlı baş verən zərərlər üzrə ölkənin 51 rayonunda ümumi məbləği 8,8 milyon manat olan ödənişlər həyata keçirilib.

Əvvəlki illə müqayisədə 2025-ci ildə Zərdab, Astara, Oğuz, Abşeron, Siyəzən, Xızı, Sabunçu və Cəbrayıl rayonlarında, eləcə də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında – Bəbək və Şahbuz rayonlarında sığorta ödənişləri edilib.

2025-ci ildə heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə 21 rayonda təsərrüfatlara sığorta ödənişləri həyata keçirilib. Heyvandarlıq təsərrüfatları üzrə ödənişlərin ümumi məbləği 400 min manat təşkil edib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?