25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması qaydası necədir?

İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması qaydası necədir?

İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması qaydası Əmək Məcəlləsinin 217-ci maddəsi ilə tənzimlənir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına əsasən, burada işəgötürənin konkret öhdəliyi var. Belə ki, istehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməlidir.

Xidmətə daxil olan məlumat əsasında hadisənin istehsalatla bağlılığını müəyyən etmək üçün qanunvericiliyə uyğun komissiya yaradılır.

Araşdırma başa çatdıqdan sonra 1 gün ərzində müvafiq akt tərtib edilir və onun bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur.

Bədbəxt hadisə faktını gizlədən və ya akt tərtibindən boyun qaçıran işəgötürən qanunvericiliklə məsuliyyət daşıyır.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?