23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uşaqlara ürək dolu sevinc payı

Yanvarın 4-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə istirahət proqramı təşkil edilib.

Bakıdan və regionlardan gəlmiş internat məktəblərin şagirdləri maraqlı, xoş təəssüratlarla yaddaqalan bir gün keçiriblər. Müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş attraksionlar və müxtəlif oyun avadanlıqları bir günlüyə məktəblilərin ixtiyarına verilib.

İştirakçılar öz təəssüratlarını bölüşürlər:

Gülnarə Abdullayeva, Bakı şəhəri 11 saylı inteqrasiya təlimi internat məktəbinin direktoru: "Valideyn himayəsindən məhrum, diqqət və qayğıya ehtiyacı olan balalarımıza belə tədbirlər hava, su kimi lazımdır. Bu, həm də uşaqların dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir. Biz şagirdlərimizlə ümumi davranış, etika, özünüidarə ilə bağlı məşğələlər aparırıq. Amma bir var nəzəriyyə, bir də var real ünsiyyət...".
Fidan Allahverdiyeva, 11 saylı inteqrasiya təlimi internat məktəbinin 11-ci sinif şagirdi: "Bütün təşkilatçılara yoldaşlarım adından təşəkkür etmək istəyirəm. Bu gün burada əsl bayram havasını hiss edirik. Çox sevinirəm".

Uğur Quliyev, 11 saylı inteqrasiya təlimi internat məktəbinin 10-cu sinif şagirdi: "Mən bir çox belə tədbirlərin iştirakçısı olmuşam: sərgilərdə, kitabxanalarda, film nümayişlərində...Yeni il bayramında məktəb yoldaşlarımızla bir süfrə arxasında əyləşib sevincimizi bölüşməyin yeri isə tam başqadır".
Aysun Hacıyeva, Bakı şəhəri, 2 saylı internat məktəbinin 8-ci sinif şagirdi: "Yeni il bayramında nəsə bir möcüzə gözləyirəm. Mənə elə gəlir ki, başqa məktəblərin uşaqları ilə tanış olmaq, ünsiyyət qurmaq da ömrün qeyri-adi anlarındandır. Bu günlə bağlı təəssüratlarım çox gözəldir. Bayram münasibətilə bütün yaşıdlarımı, məktəb yoldaşlarımı, xalqımızı təbrik edirəm".

Emil Bayramov, Quba rayon valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbinin tərbiyəçisi: "Quba rayonunda bu qədər izdihamlı yerlər olmadığına görə, bizə ikiqat bayramdır. Şagirdlərimiz sevinir, bizə də xoş olur".

Roman Avdayev, Quba rayon internat məktəbinin 8-ci sinif şagirdi: "Sevincimin həddi-hüdudu yoxdur. Boilinq yarışları xüsusilə xoşuma gəldi. Sinif yoldaşlarımla, başqa məktəblərin uşaqları ilə yarışdıq. Özümüzə yeni dostlar qazandıq".

Ziba Piriyeva, Maştağa qəsəbəsi 1 saylı internat məktəbinin müəllimi: "Şagirdlərimiz üçün bu şəraiti yaradan Vergilər Nazirliyinə minnərdarlığımızı bildiririk...".

Fəxriyyə İkramqızı

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?