29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Son 7 ildə icra olunan 5 sosial islahat paketi sosial ödənişlərdə ciddi artımlara imkan verib

Son 7 ildə icra olunan 5 sosial islahat paketi sosial ödənişlərdə ciddi artımlara imkan verib

Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir.

Qeyd edilən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıma və s. imkan verib.

Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı son yeddi il ərzində 5 sosial islahat paketinin icra edildiyini vurğulayaraq deyib: “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?