29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət istiqamətləri üzrə 28 zərf təqdim edilir

Özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət istiqamətləri üzrə 28 zərf təqdim edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu zərflər vətəndaşların müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmələrinə, peşə bacarıqlarını gəlirli biznesə çevirmələrinə və əmək bazarında öz mövqelərini gücləndirmələrinə imkan yaradır.

Proqram çərçivəsində təqdim edilən zərflərin tərkibi və istiqamətləri əmək bazarının araşdırılması, mövcud tələbatın qiymətləndirilməsi nəticəsində müəyyən edilir və mütəmadi təkmilləşdirilir.

Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər özünüməşğulluq proqramına müraciət edərək təqdim olunan imkanlardan faydalana bilərlər. Təkcə cari ilin 11 ayı ərzində 4329 şəxs istehsal və xidmət istiqamətləri üzrə müvafiq aktivlərlə təmin ediliblər.

Biznes istiqamətləri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?