13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏMAS-da yeni funksionallıq: yalnız əmək müqaviləsini deyil, digər sənədləri də e-qaydada imzalamaq olar

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) yeni funksionallıq yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artıq işəgötürənlər əmək münasibətləri çərçivəsində yalnız əmək müqaviləsini deyil, həmçinin digər hüquqi sənədləri də sistem üzərindən rəqəmsal qaydada imzalaya biləcəklər.

Bu yenilik Əmək Məcəlləsinin 200-cü maddəsinə əsaslanır. Həmin maddəyə görə, işəgötürən iş prosesində ona etibar edilən əmlak və digər maddi sərvətlərlə bağlı məsuliyyət daşıyan, bu sərvətlərin saxlanması, emalı, satışı, daşınması və istifadəsi kimi əməliyyatlarda iştirak edən 18 yaşına çatmış işçilərlə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlaya bilər.

Yeni funksionallıq sayəsində bu kimi sənədlərin (tam maddi məsuliyyət müqaviləsinin, informasiya texnologiyaları üzrə təhlükəsizlik müqaviləsinin, öhdəlik müqaviləsinin və digər əlavə sənədlərin) elektron imzalanması mümkündür.

Bu dəyişiklik işəgötürən və işçi arasında sənəd dövriyyəsini asanlaşdırmaqla yanaşı, əmək münasibətlərində rəqəmsallaşmanın daha da genişlənməsinə, şəffaflıq və hüquqi məsuliyyətin təmin olunmasına xidmət edir.

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?