2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda demoqrafik vəziyyətlə bağlı açıqlama verilib

Azərbaycanda demoqrafik vəziyyətlə bağlı açıqlama verilib

Dövlət Statistika Komitəsininin məlumatına əsasən, ilin əvvəlindən ölkə əhalisinin sayı 38.118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10.019.575 nəfərə çatıb. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1.000 kişiyə 1.003 qadın düşür. Bir kvadratkilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66.687 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1.000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişmədən eyni səviyyədə (13,6) qalıb. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1.478-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 28.745 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1.000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29.391 nikah və 8.257 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1.000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 911 nəfər gələn, Azərbaycandan isə 735 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 176 nəfər təşkil edib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?