29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏMAS-da e-qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

ƏMAS-da e-qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

Əmək müqavilələrinin e-sənəd formasında bağlanması prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada artıq 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb.

Nazirliyin məlumatına görə, beləliklə, artıq əmək müqavilələrinin 94 faizi elektronlaşdırılıb. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi, yaxud ona xitam verilməsi də e-qaydada icra edilir.

İmzalanma prosesi işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir.

Cari ilin mart ayından “e-Sosial” portalının mobil tətbiqində də əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya işə salınıb. Bu da əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə, müqavilələrin e-qaydada imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edib.

Belə ki, işəgötürənin təsdiq üçün təqdim etdiyi əmək müqaviləsi vətəndaşın “e-Sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur. Nəticədə vətəndaşlar bu müqavilələri e-qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?