29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏMAS üzərindən işəgötürənlərə yeni xidmətlər təqdim ediləcək

ƏMAS üzərindən işəgötürənlərə yeni xidmətlər təqdim ediləcək

“Əmək və Məşğulluq” altsisteminin funksional imkanları mütəmadi artırılır və bu e-sistemə bir sıra yeni funksionallıqlar da əlavə olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət sahələrində görülən işlərə və aparılan islahatlara dair keçirilən infosessiyada bildirilib. Nazir Anar Əliyev son illər əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək bazarına innovativ nəzarət mexanizmlərinin tətbiqi istiqamətində atılan addımları qeyd edib.

ƏMAS-da əmək müqavilələrin e-qaydada bağlanılması və dəyişiklik edilməsi, əmrlərin elektronlaşdırılması, işçilər və işəgötürənlər arasında rəsmi yazışmalar, tibbi arayışlar və s. ilə bağlı yeni imkanlar da yaradıldığı diqqətə çatdırılıb.

Əmək münasibətləri üzrə e-nəzarət mexanizmlərinin genişləndirilməsi, kadr kargüzarlığı ilə bağlı sənədləşdirmələrin tam elektronlaşdırılması işlərinin davam etdirildiyi diqqətə çatdırılıb. ƏMAS-da əməyin mühafizəsi ilə bağlı bölmənin də yaradılacağı, bu e-sistem üzərindən işəgötürənlərə yeni xidmətlərin təqdim edilməsinin də nəzərdə tutulduğu qeyd edilib.

Elektron əmək müqaviləsi sisteminə keçid prosesinin uğurla davam etdiyi vurğulanıb. Əmək qanunvericiliyinə əməl olunmasına proaktiv qaydada e-nəzarət tədbirlərindən də bəhs olunub, e-audit modulu üzrə işlərin artıq yekunlaşdırıldığı diqqətə çatdırılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?