30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sığortaolunan tərəfindən xüsusi hesaba ödənişin edilməsi nədir?

Sığortaolunan tərəfindən xüsusi hesaba ödənişin edilməsi nədir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, xüsusi hesab əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müəyyən edilən qaydada və məbləğdə sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesabdır.

Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs https://e-sosial.az internet portalı vasitəsilə gücləndirilmiş elektron imza və ya Asan İmza ilə daxil olaraq elektron ərizə ilə müraciət etməlidir. Müraciət qəbul olunduqdan sonra şəxsin xüsusi hesabı aktivləşir. Xüsusi hesab aktivləşdirildikdən sonra sığortaolunan həmin hesaba ödəniş edə bilər.

Fərdi uçot sistemində qeydiyyatı olmayan şəxs üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsinə icazə verilmir. 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyası hüququna uyğun olaraq əmək pensiyası kapitalı formalaşan, lakin dövlət sosial sığorta sistemində fərdi hesabı olmayan şəxslər üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsi onlara fərdi hesab açıldıqdan sonra həyata keçirilir.

Sığortaolunanın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri xüsusi hesaba ödənilmiş əlavə vəsaitlərdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada pensiya təyinatı üçün istifadə etmək hüququna malikdirlər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?