30 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı"

“MKS Academy”nin təşəbbüsü ilə "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı" adlı yeni kitab dərc olunub.

vergiler.az” xəbər verir ki, kitaba 15 avqust 2024-cü il tarixinə ən son düzəliş və əlavələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, eyni zamanda onun tətbiqi ilə bağlı qəbul edilmiş qanun daxil edilib.

"Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS üzrə tələblərin izahı" kitabı 3 bölmədən ibarətdir:

- Əmək Məcəlləsi (tam şəkildə);

- Son dəyişikliklərin izahı (108 səhifəlik);

- Elektron əmək müqaviləsinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi, habelə işəgötürən və işçi arasında rəsmi yazışmaların ƏMAS altsistemində əks olunması prosesi.

Əmək Məcəlləsində son dəyişikliklər əmək kitabçasının tətbiqi, işəgötürən və işçi arasında yazışmaların sistemləşdirilməsi, müddətli əmək müqaviləsinin bitməsi və müddətinin uzadılması, əmək müqaviləsinə müxtəlif səbəblərdən xitam verilməsi və digər mühüm normalarda düzəlişlərlə yadda qalıb. Yeni nəşrdə onların hər biri ətraflı izah olunub. Kitabın daha bir üstünlüyü isə ƏMAS altsistemində əmək müqaviləsinin elektron sənəd formasında bağlanması və ona dəyişiklik edilməsinin, həmçinin işəgötürən və işçi arasında rəsmi yazışmalar üzrə prosesin addım-addım izah edilməsidir.

Kitabı sifariş etmək üçün 050 368 12 72 saylı telefonla əlaqə saxlamaq mümkündür.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?