25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cari ilin I rübü ərzində 22 mindən çox yeni iş yeri açılıb

Cari ilin I rübü ərzində 22 mindən çox yeni iş yeri açılıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda 22 517 yeni iş yeri açılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, eyni zamanda, birinci rüb ərzində ölkədə 21 781 fərdi sahibkarlıq subyekti yaradılıb.

İlin ilk üç ayında ölkə ərazisində 2 955 yeni müəssisə və təşkilat açılıb. Yaradılmış müəssisələrin 94,1 faizi özəl sektora, 5,4 faizi isə dövlət sektoruna aid olub.

Hüquqi şəxslər tərəfindən yaradılan iş yerlərinin sahələr üzrə bölgüsü belədir: 25,4 faizi tikinti, 21 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6,7 faizi emal sənayesi, 5,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,3 faizi informasiya və rabitə, 22,9 faizi isə digər iqtisadi fəaliyyət növləri.

Yeni yaradılmış iş yerlərinin 79,9 faizi Bakıda, 20,1 faizi isə regionlarda yerləşir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?