2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanılır

Özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanılır

Özünüməşğulluq proqramı çərçivəsində biznes-planların qiymətləndirilməsi mərhələsində uğur qazanmış vətəndaşlara gələn aydan etibarən mal və materialların verilməsinə başlanılacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri nazir Sahil Babayevin sözlərinə görə, növbəlilik prinsipi əsasında proqram iştirakçılarına aktivlərin verilməsi həyata keçiriləcək. Cari il ərzində 10 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Proqram çərçivəsində əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir. Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcək. Bununla əlaqədar aparılan müzakirələr artıq yekun mərhələdədir. Bu əməkdaşlıq gələn il proqrama cəlb olunan vətəndaşların sayının 15 minə çatdırılmasına imkan verəcək ki, onlardan da 7 min nəfərinin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaratmalarına Dünya Bankı tərəfindən dəstək veriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?