30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin 10 ayında dövlət sosial sığortası üzrə daxilolmalar 14 faizdən çox artıb

Bu ilin 10 ayında dövlət sosial sığortası üzrə daxilolmalar 14 faizdən çox artıb

Cari ilin 10 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 4,2 milyard manat təşkil edib, proqnozdan əlavə 351 milyon manat vəsait toplanıb. Daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14 faizdən çox artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, sosial sığorta üzrə yığımların əhəmiyyətli artması və bununla yanaşı, sahəvi qurum tərəfindən sosial sferada həyata keçirilən islahatlar Dövlət Sosial Müdafiə Fondu üzrə böyük həcmdə sərbəst vəsaitlərin yaranmasına imkan verib və bu vəsaitlərin idarə edilməsi mexanizmi artıq yaradılıb.

İşsizlikdən sığorta üzrə daxilolmalar 149 milyon manat təşkil edib. Daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16 faizədək artıb.

“Prezidentin təşəbbüsünə uyğun olaraq əmək bazarının leqallaşdırılması məqsədilə əməkhaqqı üzrə islahatlar uğurla həyata keçirilməkdə davam edir. Nəticədə qeyri-neft-qaz özəl sektorunda 350 minədək yeni əmək müqaviləsi bağlanıb ki, bu da islahat başlayan dövrdən pandemiya ili də daxil olmaqla, ildə orta hesabla təxminən 70 min yeni rəsmi iş yerinin qeydə alınması deməkdir. Bu, əmək bazarını tərk edən işçilərin sayını üstələyir”, - deyə Mikayıl Cabbarov vurğulayıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?