13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

On iki aydan az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqının hesablanması

Əmək Məcəlləsinin tələblərinə görə, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqlarının müdafiəsi məqsədilə işəgötürənlərə belə bir tələb qoyur ki, 12 aydan az işləyib məzuniyyətə çıxan zaman işçi ayın ortası işə qəbul oluna bilər və bu zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün ona məzuniyyət haqqı da az hesablanacaqdır. Bu baxımdan ayın ortası işə qəbul və ayın ortası xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmayacaq.

Ancaq işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə, yəni, ödənişsiz məzuniyyət və s. bu kimi səbəbdən baş veribsə, bu hal orta əməkhaqqının hesablanması zamanı nəzərə alınacaq.
Məsələn, işçi aprelin 13-ü işə qəbul olub və 26 dekabr tarixində məzuniyyət üçün müraciət edib. İşçinin iyun ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğunu fərz etsək, orta aylıq əməkhaqqının hesablanması zamanı may-noyabr ayları nəzərə alınacaq. İyun ayında ödənişsiz məzuniyyətdə olduğundan əməkhaqqı digər aylara nisbətdə az olacaq və orta əməkhaqqının hesablanması zamanı aşağı olaraq nəzərə alınacaq.

Lakin 12 aydan artıq işləyib məzuniyyətə çıxanlar üçün belə bir tələb müəyyənləşdirilməyib. Hər hansı bir səbəbdən son 12 təqvim ayında işləməyən işçinin işləmədiyi dövrlər məzuniyyətə çıxarkən orta əməkhaqqı hesablanması zamanı çıxılmayacaq. Həmin müddət orta əməkhaqqı hesablanması zamanı nəzərə alınacaq. Gəlin nümunələrlə məsələni daha dərindən mənimsəyək:

Misal 1: Yanvar ayının 18-də işə qəbul olmuş işçi, avqust ayının 3l-də məzuniyyət hüququndan istifadə etməklə bağlı müraciət edib. İşçinin əməkhaqqı məbləği 500 manatdır. Yanvar ayında isə ayın ortası işə qəbul olduğu üçün 250 manat əməkhaqqı alıb. Bu halda orta əməkhaqqının hesablanması zamanı yanvar ayı nəzərə alınmayacaq. Məzuniyyətdən əvvəlki 6 tam təqvim ayının əməkhaqqına əsasən orta əməkhaqqı müəyyən ediləcək və məzuniyyət haqqı hesablanacaq.

Misal 2: İşçi 18.03.2022-ci ildə işə qəbul olunub. 05.05.2023-cü ildə əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib. İşçi 2022-ci ilin oktyabr və noyabr aylarını ödənişsiz məzuniyyətdə olub. Orta əməkhaqqının hesablanması necə aparılacaq?

Bu halda, orta əməkhaqqının hesablanması zamanı işçinin ödənişsiz məzuniyyətdə olduğu aylar nəzərə alınacaq və 10 aydakı əməkhaqqının cəmi ( 2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün əməkhaqqı almayıb) 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Yəni, işçinin ümumi gəliri 10-na deyil, 12-yə bölünərək orta aylıq gəlir tapılacaq. Bu halda isə iki ayda işçinin gəliri olmadığı üçün orta aylıq gəlir aylıq əməkhaqqından az olacaq.

Əsas: Əmək Məcəlləsi 140-cı maddəsi.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?