30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2018-2023-cü illər ərzində 4 sosial islahat paketi icra olunub

2018-2023-cü illər ərzində 4 sosial islahat paketi icra olunub

Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-2023-cü illər ərzində 4 sosial islahat paketi icra olunub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 il ərzində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son beş ildə 4 milyondan çox vətəndaşı əhatə edən sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə artım olub. Bildirib ki, minimum pensiya 2,5 dəfə, orta aylıq əməkhaqqı 65 faiz, median əməkhaqqı 2,1 dəfə artıb: “Əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib. 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb”. (AZƏRTAC)

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?