29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək bazarında ən çox tələb olunan top 5 peşə sahəsi müəyyən edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarı üzrə təhlil və tədqiqatlarını davam etdirir. Nazirlikdən “vergiler.az”a verilən məlumata əsasən, Milli Observatoriya növbəti dəfə mövcud əmək bazarında ən çox tələb olunan peşə sahələrinin müəyyən olunması üzrə araşdırma aparıb.

Bunun üçün ölkəmizin əmək bazarında 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayına qədərki dövrə aid 25 min iş elanı toplanılaraq təhlil edilib.

Beləliklə, müəyyən olunub ki, əmək bazarında 17,5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahiblərinə tələbat liderlik edir.

Digər dördlükdə marketinq və satış (13,9%), İKT və dizayn (10,3%), pərakəndə ticarət (9,1%) və təchizat-logistika (6,2%) üzrə iş elanları yer alır.

VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?