30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Gə­lə­cək ilin mə­zu­niy­yə­ti avans ola­raq gö­tü­rü­lə bi­­lər­­mi­­?

Gə­lə­cək ilin mə­zu­niy­yə­ti avans ola­raq gö­tü­rü­lə bi­­lər­­mi­­?

Mövzunu “vergiler.az”a əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

Əmək mə­zu­niy­yə­ti hər il mü­va­fiq iş ili üçün ve­ri­lir. İş ili iş­çi­nin işə gö­tü­rül­dü­yü gün­dən baş­la­nır və növ­bə­ti ilin hə­min gü­nü ba­şa ça­tır. Əgər iş­çi­nin iş ili onun əmək mə­zu­niy­yə­ti­nə çıx­maq üçün mü­ra­ci­ət et­di­yi vaxt­da baş­lan­ma­yıb­sa, on­da ona əmək mə­zu­niy­yə­ti yal­nız iş ili baş­la­nan­dan son­ra ve­ri­lə bi­lər. Gö­rün­dü­yü ki­mi, Əmək Mə­cəl­lə­si­nin 113.3- cü maddəsi iş ili baş­lan­ma­mış əmək mə­zu­niy­yə­ti­nin isti­fa­də edil­mə­si­ni qa­da­ğan edir.

Misal. İş­çi 17.11.2020-ci il ta­rix­də işə baş­layıb. Onun iş ili 17.11.2020-17.11.2021 ta­rix­lə­rini əhatə edə­cək­dir. Fərz edək ki, iş­çi 15.07.2021-ci il ta­rix­də işə­gö­tü­rə­nə mü­ra­ci­ət edə­rək 17.11.2020-17.11.2021-ci və 17.11.2021-17.11.2022-ci iş il­lə­ri­nin mə­zu­niy­yə­tin­dən bir­lik­də is­ti­fa­də et­mək is­tə­yir. Bu hal­da işə­gö­tü­rən ona yal­nız ca­ri iş ili­nin əmək mə­zu­niy­yə­ti­ni ver­mə­lidir. Gə­lə­cək iş ili­nin mə­zu­niy­yə­ti isə iş­çi və işə­gö­tü­rə­nin ra­zı­lı­ğı­na əsa­sən iş ili baş­la­dıq­dan, yəni 17.11.2021-ci il ta­rix­dən son­ra is­ti­fa­də edi­lə bi­lər. Əgər iş­çi 18.11.2021-ci il tarixdə iki iş ili­nin əmək mə­zu­niy­yə­tin­dən is­ti­fa­də et­mək is­tə­yər­sə, işə­gö­tü­rə­nin razı­lı­ğı ilə bu, müm­kün­dür.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?