9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yetkinlik yaşına çatmamış şəxslər sahibkar ola bilərmi?

Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslər yaşı 18-dən aşağı olan şəxslərdir. Bununla belə, şəxsin yaşının 18-dən aşağı olması onun sahibkar olmasını və işəgötürən qismində çıxış etməsini məhdudlaşdırmır. “vergiler.az” mövzu ilə bağlı vergi mütəxəssisi İlqar Əsədovun şərhini təqdim edir.

Qanunvericilik Əmək Məcəlləsinin 42-ci maddəsində işəgötürənə dair yaş həddi tələbi deyil, fəaliyyət qabiliyyəti tələbi qoymuşdur. Dəqiq ifadə etsək, fəaliyyət qabiliyyətli şəxs işəgötürən ola bilər.
Mülki Məcəlləyə əsasən, şəxs üç üsulla tam fəaliyyət qabiliyyətli sayıla bilər:

1. Yetkinlik yaşına çatdıqda;
2. Emansipasiya qaydası ilə;
3. Erkən nikaha daxil olmaq ilə.

Emansipasiya nədir?

Əgər hər hansı şəxs 16 yaşına çatmısdırsa və əmək müqaviləsi ilə başqa yerdə işləyirsə, yaxud vergi orqanlarında uçota alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, valideynlərin birgə razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarıyla tam fəaliyyət qabiliyyəti əldə edə bilər.

Bəs valideynlərdən biri razı olmasa, məsələ necə həll olunur?

Bu halda razı olan valideyn məhkəməyə müraciət etməklə və bu barədə müsbət məhkəmə qərarı ilə övladının tam fəaliyyət qabiliyyəti əldə etməsinə nail ola bilər.
Onu da vurğulamaq yerinə düşər ki, şəxsin əlilliyinin olması onun mülki hüquq qabiliyyətinə heç cür təsir etmir. Əlilliyi olmaq şəxsin mülki hüquq qabiliyyətinə deyil, əmək qabiliyyətinə təsir edən faktordur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?