4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: “Bu ilin yanvar ayından pensiyalar 15 faizə yaxın indeksasiya olunacaq”

Bu il ilk dəfə ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği onların pensiyalarına əlavə edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödəniləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, “Əmək Pensiyası haqqında” Qanuna bu ildən edilən dəyişikliklərə əsasən yardımlar pensiya məbləğinə əlavə olunaraq hər il indeksasiya olunacaq. Ötən il cənab Prezidentin göstərişi ilə pensiyaçılara rüblük 50, illik 200 manat yardım ödənilib. Bu, aylıq 16,7 manat deməkdir (200 manat/12 ay=16,7 manat). Artıq yanvar ayından həmin yardımlar pensiyaya əlavə olunur. Bu halda 300 manat pensiyaya alan vətəndaşımıza yanvar ayında 316,7 manat ödəniləcək. Amma bu indeksiyaya olunaraq artırılmış məbləğ deyil, pensiya məbləğinin bir hissəsidir. Qeyd edək ki, xüsusi qulluqla pensiyaya çıxmış vətəndaşlar üçün yardım onların pensiyasının 10 faizi miqdarında idi. Oxşar mexanizm həmin vətəndaşlarımıza da şamil edilir.

Millət vəkili qeyd edib ki, pensiyalara ikinci artım indeksasiyadır. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar 15 faizə yaxın indeksasiya olunacaq.

Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316,7 x indeksasiya faizi = yeni pensiya məbləği. Yəni 316,7 manat x 15 faiz = 47,50 manat. “Qeyd edim ki, 15 faiz təxmin olunan indeksasiya faizidir, konkret rəqəm ayın sonunda elan olunacaq. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 47.50 manat= 364.2 manat”, - V.Bayramov bildirib.

Onun sözlərinə görə, birinci artım bu ay verilsə də, 2022-ci ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da o zaman aparılacaq.
“Gələn ay həm yanvar, həm də fevral ayının artımlartı birlikdə ödəniləcək. Yəni 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16,7 manat + 47,50 manat (yanvar üzrə indeksasiya artımı) + 47,50 manat (fevral üzrə indeksasiya artımı) = 411,7 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316,7 manat, fevral ayında 411,7 manat, mart ayından etibarən isə 364,2 manat alacaq.

Bir daha qeyd etmək istərdim ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər. Amma ümumi mexanizm artıq təsdiq edilib”, - V.Bayramov bildirib.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması