29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən ilin orta əməkhaqqı rəqəmləri təsdiq olunduqdan sonra pensiyaların indeksasiyası həyata keçiriləcək

Əmək qabiliyyəti olmayan insanları sosial ödənişlər seqmentinə yönəldirik. Burada ən böyük seqmentimiz pensiya sistemidir. Bu gün 1 milyon 100 mindən çox vətəndaşımız aylıq əsasla pensiya alır. Ötən il yaşa görə pensiyalar orta hesabla 12 faiz artıb və 400 manata çatıb. Eyni zamanda, ümumi orta pensiyanın da məbləği 12 faiz artaraq 372 manat olub. Əlilliyə görə də pensiyaların məbləği artıb. Üç-dörd il öncəyə nəzər salsaq, orta pensiyanın məbləği 220 manat idi, hazırda isə 400 manata çatıb. Bu rəqəm yanvarın 1-nə olandır. Bu il ərzində daha ciddi artım olacaq, çünki yanvarın 1-dən etibarən həm minimum pensiya artdı, həm də ötən ilin orta əməkhaqqı rəqəmləri təsdiq olunduqdan sonra pensiyaların indeksasiyası da həyata keçiriləcək. Burada da ciddi rəqəmlər gözləyirik. Pensiyaçılarımızın təminatının yaxşılaşdırılmasını qarşımıza hədəf olaraq qoymuşuq. Bu istiqamətdə işlərimiz davam edir. 2021-ci illə 2022-ci ili müqayisə etsək, pensiyaçılara ödədiyimiz əlavə ödəniş 410 milyon manatdan artıq olub. Bu sahədə davamlı siyasət aparılır.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-də çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ikinci seqment əmək qabiliyyəti olmayan əlilliyi olan insanlardır. Həmin şəxslərin də pensiyalarında ciddi artımlar var və onlarla bağlı müxtəlif proqramlar həyata keçirilir: “Müəyyən dərəcədə əmək qabiliyyəti olan əlilliyi olan vətəndaşlar da məşğulluq proqramlarına cəlb edilir. Onlara da həm özünüməşğulluq proqramı, həm də əmək müqavilələri çərçivəsində imkan yaratmağa çalışırıq.

Üçüncü seqmentimiz işləyən, lakin gəliri ailəsini dolandırmağa imkan verməyənlərdir. Burada da ünvanlı sosial yardım mexanizmini ciddi şəkildə genişləndirərək 60 min ailəyə çatdırmışıq, orta rəqəm isə 460 manata çatacaq. Bu da onlar üçün ciddi dəstəkdir. Bütün seqmentlərin hər birində incəliklər, çətinliklər olsa da, müsbət məqamlar da kifayət qədərdir. Təbii ki, passiv ödənişlərə maraq daha çoxdur. Lakin hədəfimiz ondan ibarətdir ki, insanları maksimum aktiv ödənişlərə cəlb edək. Eyni zamanda, haqqı çatan hər bir insan üçün əlçatanlığı təmin edək. Saxta yollarla həmin imtiyazlardan yararlanmaq istəyənlərin isə qarşısını alaq”.

AZƏRTAC

VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?