2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daha bir əmək yarmarkası keçirilib

Daha bir əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.
Qeyd edək ki, 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün "İşsizin DOSTu" proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. 2019-cu ilin yanvar-aprel aylarında bu proqrama artıq 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkünlərdir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?