29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndeksləşdirmə əsasında artım bütün pensiyalara şamil olunacaq

Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanun - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.

Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.

Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.

Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək.

Qeyd edək ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70% olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98% olub.

Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.

Eyni zamanda, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirilməklə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyi də aradan qalxacaq.

Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək və daha yüksək məbləğdə pensiya məbləğlərinin formalaşmasına səbəb olacaq.

VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?