11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək qabiliyyətini müvəqqəti itirən işçilərə ödənilən müavinətin hesablanması qaydasında dəyişiklik edilib

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert Anar Bayramov yenilikləri “vergiler.az”a şərh edib.

Haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir.

Təsdiq edilən dəyişikliyə əsasən, Əsasnamənin mükafat və əməkhaqqına əlavələrin hesablanması ilə bağlı hissələri ləğv edilib. Son dəyişikliyə qədər Əsasnamənin 30-cü maddəsində qeyd edilirdi ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əməkhaqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğinin 12 aya bölünməsi yolu ilə nəzərə alınmalıdır. Yəni işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərdə mükafat və (və ya) əməkhaqqına əlavə hesablandıqda işəgötürən həmin məbləğləri haqq-hesab cədvəlində keçən ilin gəlirləri kimi qeyd edirdi.

Misal 1: İşçi 1 may 2022-ci ildə əmək qabiliyyətini 20 günlük müvəqqəti itirdiyi barədə xəstəlik kağızını işəgötürənə təqdim edib. İşəgötürən işçinin son 12 aylıq (may 2021 – aprel 2022) gəlirlərini haqq-hesab cədvəlində qeyd etdikdə tarif (vəzifə) maaşını ümumi qaydada qeyd edir. İşəgötürən tərəfindən işçiyə son 12 ayda mükafat və ya əməkhaqqına əlavə hesablandığı halda isə həmin məbləğlər 021-ci il üzrə qeyd edilməli idi. Mükafat və əlavələr keçən ilə qeyd edilməklə, ümumi məbləğin 12 aya bölünməsi nəticəsində işçinin son 12 aydakı orta gündəlik qazanc məbləği azaldılmış olurdu.
Əsasnaməyə edilən yeni dəyişiklikdən sonra mükafat və əlavələr hesablanan dövr üzrə də nəzərə alınacaq.

Misal 2: İşçi 2022-ci ilin sentyabr ayında hamiləliyə və doğuşa görə məzuniyyətə çıxıb. İşəgötürən tərəfindən işçiyə 2022-ci ilin aprel ayında 100 manat mükafat və 120 manat əməkhaqqına əlavələr (əvəzetmə, iş vaxtından artıq iş saatına görə ödəmə və s.) hesablanıb. Artıq həmin məbləğlər keçən il üzrə yox, hesablandığı dövr, yəni 2022-ci ilin aprel ayı üzrə qeyd ediləcək. Nəticədə işçiyə orta gündəlik qazanc hesablandıqda mükafat və əməkhaqqına əlavələr tam məbləğdə nəzərə alınacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?