25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Birgə maliyyələşmə proqramı üzrə 841 şəxs işlə təmin edilib

Birgə maliyyələşmə proqramı üzrə 841 şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə işçilərin əməkhaqqının birgə maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 6 ayı ərzində 850 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib. 300-dən çox namizəd artıq işə qəbul prosesini tamamlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, proqram üzrə bu ilin ötən dövründə 80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?