30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni pensiya islahatından 20 minə yaxın vətəndaş yararlanacaq

Yeni pensiya islahatından 20 minə yaxın vətəndaş yararlanacaq

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi ölkədə əhalinin sosial müfadiəsinin gücləndirilməsi sahəsində atılmış mühüm addımlardandır.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, dəyişiklik nəticəsində bəzi vətəndaşların pensiya hüququ əldə etməsinin tezləşməsi, eləcə də aldıqları pensiyaların məbləğində müəyyən artımlar mümkün olacaq: “Bu istiqamətdə aparılan islahatlar çox müsbət nəticələr verib. Xüsusilə, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş 300-ə yaxın dəyişikliklə paralel olaraq iqtisadiyyatda həyata keçirilən şəffaflaşma, leqallaşma və “kölgə iqtisadiyyatı”nın həcminin azalması nəticəsində sosial ayırmaların məbləği də əhəmiyyətli dərəcədə artdı. Dövlət Sosial Müdafiə Fonduna (DMSF) daxilolmaların həcmi çoxaldı və bu proses davam edir. Bu isə Fondun dövlət büdcəsindən asılılığınin azalmasına imkan yaradır. 2019-cu ildən başlayaraq həm DSMF-nin gəlirlərinin artmasının şahidi oluruq, həm də buna paralel olaraq dövlət büdcəsindən Fonda transfertlərin həcmi azaldığını görürük”.

P.Heydərov qeyd edib ki, bütün bunlar “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər etməyə şərait yaradıb. Vətəndaşların pensiya hüququ əldə etmə şansları daha da genişlənib və aldıqları pensiya məbləğləri onların maddi təminatının yaxşılaşmasına getdikcə daha çox şərait yaratmağa hesablanıb. Yeni dəyişikliklərdən təxminən 20 min nəfərə yaxın vətəndaşımız yararlanacaq: “Bu dəyişikliklər qüvvəyə minəndən sonra bir çox vətəndaşların aldıqları əmək pensiyalarının məbləği artacaq, bir qrup insanın pensiya hüququ əldə etmək imkanları genişlənəcək. Çoxuşaqlı anaların, eləcə də zərərli sahələrdə çalışan şəxslərin pensiyaya daha tez çıxmasına imkan yaranacaq. Bu, çox mütərəqqi haldır və insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından müsbət dinamikadır”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?