6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşsizlikdən sığorta ödənişlərinin təyinatı şərtləri yumşaldılıb

Son illər sosial qanunvericilik aktlarında bir sıra humanist mahiyyətli dəyişikliklər edilərək həssas qruplara yönələn sosial dəstək proqramlarının əhatə dairəsi xeyli genişləndirilib. Bu prosesin qarşıdakı dövrdə də davam etdirilməsi prioritet məsələlərdəndir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını qeyd edərək, aparılan sosial siyasətin ölkədə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin ildən-ilə genişlənməsinə imkan verdiyini vurğulayıb.

İclasda qeyd olunub ki, pensiya və müavinətlərlə bağlı qanunvericilikdə olduğu kimi, işsizlikdən sığorta və ünvanlı yardımla bağlı normativ hüquqi aktlarda da həssas qrupların bu sosial dəstək proqramlarına əlçatanlığının artırılması üçün son iki ildə humanist yanaşmalar əsasında bir sıra dəyişikliklər aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, işsizlikdən sığorta ödənişlərinin təyinatı şərtləri növbəti dəfə yumşaldılıb. Bu ödənişlərin əhatə dairəsinə müddətli müqavilənin bitməsi ilə bağlı əmək müqaviləsinə xitam verilənlər də daxil edilib. Həmin ödənişlərin təyinatı üçün 3 il sığorta stajı tələbi 1 ilə endirilib, sığorta ödənişinin təyinatı üçün 3 ay gözləmə müddəti, sığorta təyinatı ilə bağlı 30-a yaxın sənədin təqdim edilməsi tələbi ləğv edilib. Bu ödənişlərin təyinatı avtomatlaşdırılıb, orta aylıq əməkhaqqı barədə məlumatların elektron qaydada əldə edilməsi imkanı yaradılıb.

Ünvanlı dövlət sosial yardımı üçün müraciətə baxılan zaman kreditin gəlir kimi nəzərə alınması ləğv edilib. Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti artırılaraq 10 faizdən 15 faizə çatdırılıb. Yardım təyinatından sonra ailə tərkibində dəyişiklik nəzərə alınmadan artıq yalnız ailənin gəlirlərdə baş vermiş dəyişiklik nəzərə alınır.

Həmin gəlirlərdə olan dəyişikliklərlə bağlı məlumatverilmə müddəti isə 5 iş günündən 15 iş gününədək uzadılıb. “Ünvanlı yardım” altsisteminin yeni, sadələşdirilmiş versiyası istifadəyə verilməklə, 10 istiqamət üzrə gəlir və statuslar vətəndaşlar tərəfindən deyil, müvafiq elektron sistemlərdən əldə edilir.

İclasda işsiz və işaxataranlar, digər həssas qruplarla bağlı icra edilən sosial dəstək proqramlarının genişləndirilməsi üçün görülən işlər və bu istiqamətdə yeni təkliflər müzakirə edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?