31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ünvanlı sosial yardım sistemi təkmilləşdirilir

Ünvanlı sosial yardım sistemi təkmilləşdirilir

Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımının məbləğində də artım dinamikası davam edir. Son 4 ildə sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,5 dəfə artaraq 380 manata çatıb.

Bu barədə ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məsələlərinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda 176 minə yaxın ailə üzvü olan 40 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramının aztəminatlı ailənin sosial rifahının dəstəklənməsində əhəmiyyətini vurğulayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iclasda ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarının hər il artırılması təmin edildiyi qeyd olunub. Bu il üçün ehtiyac meyarı artırılaraq 200 manata çatdırılıb. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir.

Eyni zamanda, son illərdə aparılan islahatlar ünvanlı dövlət sosial yardımı sistemini də əhatə edib. Ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, aztəminatlı ailələrin sosial yardım proqramına əlçatanlığının artırılması sahəsində mühüm addımlar atılıb. Sosial yardım sisteminin təkmilləşdirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək.

İclasda ünvanlı sosial yardım proqramının icra vəziyyəti və sosial yardım sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?