31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fondlara ödəniş edən vergi ödəyicilərinə güzəşt olunur

Fondlara ödəniş edən vergi ödəyicilərinə güzəşt olunur

Son illərdə yaradılan “YAŞAT” Fondu, Koronavirusla Mübarizəyə Dəstək Fondu və digər bu kimi fondlara köçürmə edən vergi ödəyicilərinə Vergi Məcəlləsinə edilən dəyişikliklə güzəştlər nəzərdə tutulub.

Vergi Məcəlləsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il yanvarın 1-dən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız ödənişlərə tətbiq edilir.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə edilmiş əlavəyə əsasən, 2021-ci ilin yanvarın 1-dən 8 il müddətinədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilmiş vəsaitlərin həmin hesabat ili üzrə əldə edilmiş mənfəətin 10 faizindən çox olmayan hissəsi qədər mənfəətdən azaldılmasına yol veriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?