31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Regionlarda yeni sosial xidmət müəssisələri yaradılacaq

Regionlarda yeni sosial xidmət müəssisələri yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin ötənilki fəaliyyətinə və qarsıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının ötən il 5 dəfə genişləndiyini, 2021-ci ildə həmin kateqoriyalara aid şəxslərə 3 min, ümumilikdə ötən dövrdə isə 12,3 min mənzil və fərdi evin verildiyini bildirib. Nazir qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid şəxslərin reabilitasiyayönümlü sosial xidmətlərlə əhatə olunduqlarını, sosial xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin, bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmətlər sistemində müasir texnologiyaların geniş tətbiqinin müvafiq sahədə fəaliyyətdə əsas prioritetlər olduğunu bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iclasda 2021-ci ildə Sosial Xidmətlər Agentliyinin müəssisələrində 2,2 min şəxsə stasionar şəraitdə reabilitasiyayönümlü sosial xidmətlər göstərildiyi qeyd edilib. Həmin müəssisələrdən biri olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində ötən ilin iyul ayında Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi açılıb və həmin şöbədə 41 nəfər sosial xidmət və reabilitasiya dəstəyi ilə əhatə olunub.

Agentliyin dəstəyi ilə yaradılmış günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinə əsasən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 7 minədək uşaq cəlb edilərək onlara, habelə ailələrinə reabilitasiya dəstəyi göstərilib. Ötən ay isə qurumun Abşeron rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya xidməti göstərən yeni sosial xidmət mərkəzi fəaliyyətə başlayıb və artıq 40 uşaq mərkəzdəki xidmətlərdən faydalanır.

Əlilliyi olan şəxslər üçün Peşə-əmək Reabilitasiya Mərkəzinin, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin regionlarda filiallarının, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün bir sıra bölgələrdə sosial reabilitasiya müəssisələrinin və s. yaradılması da nəzərdə tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?