2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nağdsız ödənişlər stimullaşdırılır

Nağdsız ödənişlər stimullaşdırılır

Mərkəzi Bank tərəfindən "Kartla ödə, kartla qazan" adlı lotereyanın keçirilməsində əsas məqsəd əhalinin rəqəmsal ödənişlərə həvəsləndirilməsi, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması, iqtisadiyyatda nağdsız dövriyyənin artırılmasıdır. 

Lotereyada respublika ərazisində fəaliyyət göstərən ticarət və xidmət obyektlərində quraşdırılan POS-teminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız qaydada alış-veriş edən şəxslər avtomatik olaraq iştirak etmək hüququ qazanırlar. Bütün növ bank kartları kampaniyada istifadə edilə bilər. Xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında seçiləcək qaliblərin hər birinə 50 manat məbləğində pul mükafatı təqdim ediləcək. Həmin vəsaiti banklar qaliblərin kart hesablarına köçürəcəklər. Üç ay müddətində davam edəcək lotereya kampaniyasında 1.800 kart sahibinin mükafatlandırılması planlaşdırılır.

Tiraj başa çatdıqdan sonra 3 gün ərzində qalib olan bank
kartlarının nömrələri aid olduqları banklara göndəriləcək

Aprelin 30-dək edilmiş nağdsız ödənişləri əhatə edəcək lotereya oyunu 3 tiraj üzrə keçirilir. Artıq tiraj martın 15-də 1-ci olub, 2-ci tiraj aprelin 12-də, 3-cü tiraj isə mayın 15-də oynanılacaq. Lotereyanın ümumi uduş fondu 98 min manat nəzərdə tutulur. Hər bir tirajın uduş fonduna 600 ədəd uduş məbləği daxildir. Onu da deyək ki, bəzi kart əməliyyatları - korporativ kartlarla aparılan əməliyyatlar, istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan və ləğv edilən əməliyyatlar lotereyada iştirak edə bilməyəcək.

Lotoreyanın əsas üstünlüyü ondadır ki, ölkənin bütün bölgələrindən olan vətəndaşlar heç bir kupon və ya digər çeklər almadan bu kampaniyada iştirak edə bilərlər. Bunun üçün sadəcə alış-veriş zamanı ödənişləri POS-terminal vasitəsilə həyata keçirmək kifayətdir. Tiraj başa çatdıqdan sonra 3 gün ərzində qalib olan bank kartlarının nömrələri aid olduqları banklara göndəriləcək. Banklar isə 10 gün ərzində qalib kartların sahiblərinə bu barədə məlumat çatdıracaqlar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?