31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əlilliklə bağlı sosial ödənişlərdə də artım olacaq

Əlilliklə bağlı sosial ödənişlərdə də artım olacaq

Gələn ildən digər sosial ödənişlər kimi, əlillik ilə əlaqədar pensiyalar, müavinətlər də artacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin açılışı tədbiri zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir deyib ki, pensiya və müavinət alanların bir hissəsi əlilliyi olan şəxslərdir. Onlara verilən sosial ödənişlərin ötən dövrdə dəfələrlə artırılması təmin edilib. Təkcə son iki ildə bu ödənişlərdə iki dəfəyə yaxın artım olub. Yeni ildən əlilliyi olan şəxslərə ödənən bütün növ sosial ödənişlərdə artımlar olacaq.

S.Babayev gələn ilin əvvəlindən minimum pensiyanın, sosial müavinət və təqaüdlərin artırılmasının 730 mindən çox şəxsi əhatə edəcəyini deyib. Lakin ilin əvvəlində indeksasiya nəticəsində də artım olacaq ki, bu artım da pensiyaçıların 95 faizinə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq.

“Ünvanlı yardımın hesablanması ehtiyac meyarı əsasında aparılır. Ehtiyac meyarı artdıqca yardımın məbləğinin də artması baş verir. Bu, o deməkdir ki, yeni ilin əvvəlindən ehtiyac meyarı 200 manata çatdırılmaqla, aztəminatlı ailələrə yönələn ünvanlı yardımın məbləği də çoxalacaq”, - deyə nazir bildirib.

Nazir deyib ki, hər ailəyə düşən ünvanlı sosial yardımın orta aylıq məbləği son üç ildə 82 faiz artaraq 270 manatı ötüb. “Eyni zamanda, ötən il ünvanlı sosial yardımın təyinatı şərtləri yumşaldılıb, aztəminatlı ailələrin proqrama əlçatanlığı artırılıb. Məqsəd budur ki, aztəminatlı ailələr daha rahat şəkildə bu yardımı ala bilsinlər”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?