31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Sosial Müdafiə Fondunda DOST könüllülərinə sertifikatlar təqdim olunub

Dövlət Sosial Müdafiə Fondunda DOST könüllülərinə sertifikatlar təqdim olunub

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 3 ay fəaliyyət göstərən DOST könüllülərinə sertifikatlar təqdim olunub.

Fondun mətbuat xidmətindən verilən məlumata gğrə, DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, bu müddətdə DOST könüllüləri ayrı-ayrı departamentlərdə təcrübə keçiblər. Onlar layihələrin idarə olunması, sosial ödənişlərin təyinatı prosesində təcrübəçi kimi iştirak edib, vətəndaş müraciətlərinin cavablandırılması və monitorinqlərin aparılmasına cəlb olunublar.

Əsasən maliyyə, hüquq və iqtisadi sahədə təhsili olan könüllülər fondda onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib, gələcək karyeralarında burada qazandıqları təcrübədən bəhrələnəcəklərini vurğulayıblar.

Sonda 23 nəfər Layihələrin idarə olunması departamentində, 1 nəfər Sosial ödənişlər departamentində, 9 nəfər İctimaiyyətlə əlaqələr departamentində, 2 nəfər Vətəndaşların qəbulu departamentində səmərəli fəaliyyətlərinə görə sertifikatlarla təltif olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, könüllülərdən 3-ü Dövlət İmtahan Mərkəzi ilə Dövlət Sosial Müdafiə Fondunun birgə fondun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işə qəbulla bağlı keçirdiyi imtahanda iştirak edərək müvəffəqiyyət qazanıb. Digər könüllülər isə fondun mərkəzi filiallarında işə qəbulla bağlı müsahibə mərhələsinə dəvət olunublar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?