29 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vahid əlaqələndirmə mərkəzlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid xidmətlərin sayı artırılıb

Prezident İlham Əliyevin noyabrın 24-də imzaladığı Fərmanla şəhid ailələri üzvlərinin, müharibədə xəsarət almış və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının siyahısında dəyişiklik edilib. Fərmana əsasən, siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan xidmətlər bölməsinə daha 3 xidmət əlavə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin xidmətlər şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi və hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə əlaqədar müraciətlərin qəbuludur.

Vahid əlaqələndirmə mərkəzlərində həmin xidmətlərin 2022-ci il yanvarın 1-dən nazirlik tərəfindən göstərilməsi nəzərdə tutulur.

Vahid əlaqələndirmə mərkəzləri dövlət başçısının 2021-ci il iyunun 25-də imzaladığı Fərmana uyğun olaraq yaradılıb. Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST mərkəzlərində fəaliyyət göstərən həmin mərkəzlərdə şəhidlərin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?