26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin 10 ayında 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

Bu ilin 10 ayında 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 10 ayı ərzində ümumilikdə 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib. Ötən ildən ödənişi davam edənlər də daxil olmaqla 12 164 nəfərə bu müddət ərzində sığorta ödənişi həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, işsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda təyin edilir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə isə bu ödənişin təyinatı işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda həyata keçirilir.

Ötən il “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklə sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Həmin yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişlənməsinə imkan verib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?