30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2022-ci il üçün İşsizlikdən Sığorta Fondunun gəlirləri 180 milyon manat proqnozlaşdırılır

Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq məşğulluq xidmətlərinin beynəlxalq təcrübə və innovasiyalar əsasında qurulması əhaliyə göstərilən xidmətlərin çeşidi və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin sayının artırılması və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl və sistemli işlər görülür. 2019-2030-cu illəri əhatə edən məşğulluq strategiyasında müəyyən edilmiş hədəflərə uyğun olaraq əmək bazarının inkişafı, işsiz və iş axtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Cari ilin 10 ayında məşğulluq orqanları tərəfindən 68 min 500 nəfər şəxs işlə təmin edilib. İşsiz və iş axtaranların elektron qeydiyyatı yaradılıb.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı söyləyib.

Nazir müavini bildirib ki, 2022-ci il üçün İşsizlikdən Sığorta Fondunun gəlirləri 180 milyon manat proqnozlaşdırılır. Ümumi gəlirlərin 76 faizi və ya 136 milyon manatı məhz işsizlikdən sığorta haqları hesabına formalaşır, bu, cari ilə nisbətən 16 milyon manat və ya 14 faiz çoxdur. Fondun 2022-ci il üçün proqnozlaşdırılan 180 milyon manat məbləğdə xərclərin 76 milyon manatı özünə məşğulluq proqramının təşkilinə, 8,5 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 9 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 2 milyon manatı peşəyönümlü məsləhət xidmətlərinin göstərilməsinə, 1 milyon manatı əmək yarmarkalarının təşkilinə, 2,5 milyon manatı haqqı ödənilər ictimai işlərin təşkilinə, 3 milyon manatı isə sosial iş yerlərində əməkhaqqın bir hissəsinin, 1 milyon manatı sosial müdafiə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin yaradılmasının maliyyələşdirilməsinə yönəldiləcək.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?